Главная > Kriminal > Türkiyədəki əməliyyatda daha bir azərbaycanlı blogerin adı hallanır - VİDEO
Türkiyədəki əməliyyatda daha bir azərbaycanlı blogerin adı hallanır - VİDEO22-06-2023, 09:29. Разместил: admin |
Xəbər verdiyimiz kimi, Türkiyədə Kibercinayətlərlə Mübarizə İdarəsinin əməkdaşları aralarında sosial media fenomenlərinin və bloqerlərin də olduğu 120 nəfəri saxlayıb. Saxlanılanlar arasında azərbaycanlı bloger Səfər Eyvazovun da olduğu iddia olunur. Bu barədə saxlanılıb buraxılan şəxslərdən biri TikTok canlı yayımında deyib: “Səfər Eyvazovu da öz gözümlə gördüm. Mən çıxanda ya onu yeni gətirirdilər, ya da buraxılacaqdı. Bilmirəm”,- deyə o söyləyib. Qeyd edək ki, S.Eyvazovun TikTok-da 726 min instaqramda 1 milyondan çox izləyicisi var. Xatırladaq ki, əməliyyat zamanı saxlanılan şəxslər çirkli pulların yuyulmasında şübhəli bilinir. Saxlanılan cinayətkar dəstə oğurlanmış kredit kartları ilə jeton alıb və bunları TikTok fenomenlərinə göndərib. Dəstə üzvlərinin sonradan məbləğin böyük hissəsini fenomenlərdən geri alaraq onlara komissiya ödədiyi bildirilir. Məlumat üçün bildirək ki, bundan öncə isə saxlanılanlar arasında "Sədərək" TM-in rəhbəri Yusif Qədimbəylinin oğlu Mehmanın da adı çəkilib. <embed width="640" height="360" src="https://player.olke.az?v=19014&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed> Вернуться назад |