Главная > Kriminal > DSX və DİN birgə əməliyyat keçirib
DSX və DİN birgə əməliyyat keçirib21-06-2023, 13:42. Разместил: admin |
İyunun 21-də saat 01:30-da Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 1986-cı il təvəllüdlü Lənkəran rayon sakini Eyvazov Elgün Namiq oğlu İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb. Qeyd olunan tarixdə saat 07:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 1995-ci il təvəllüdlü Əfqanıstan İslam Respublikası vətəndaşı Amiri Məcid İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb. Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Вернуться назад |