Главная > Kriminal > Polkovnik-leytenant intihar etdi - FOTO
Polkovnik-leytenant intihar etdi - FOTO30-05-2023, 10:52. Разместил: admin |
Abşeron rayonunda vəzifəli şəxs intihar edib. “Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təhlükəsizliyi üzrə normativ iş şöbəsinin rəisi, polkovnik-leytenant Muxtar Cəbişov özünü asaraq həyatına son qoyub. Hadisə Ceyranbatan qəsəbəsi Şahbala Hüseynov küçəsində yerləşən nömrəsiz evin həyətində baş verib. İntihar mayın 28-də qeydə alınıb. Hadisənin baş verdiyi evin M.Cəbişovun atasına məxsus olduğu bildirilir. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. Вернуться назад |