Главная > Kriminal > Xankəndidə çıxış bağlandı: Müharibəyə hazırlıq...

Xankəndidə çıxış bağlandı: Müharibəyə hazırlıq...


19-05-2023, 11:12. Разместил: admin
Xankəndidə çıxış bağlandı: Müharibəyə hazırlıq...


Azərbaycanın reinteqrasiya təkliflərini qəbul etməyən, erməni əhalisinin də Bakıya üz tutmasının qarşısını alan Qarabağdakı separatçı rejimin addımları yeni təxribat hücumlarına hazırlıq ehtimalını ön plana çıxarır.

Publika.az xəbər verir ki, Xankəndidə hazırda proseslər iki istiqamətdə cərəyan edir.

 
Birincisi, daxili siyasi qarşıdurma var: Babayanın qondarma “dövlət naziri” olmaq istəyindən sonra Ruben Vardanyan da aktivləşib;
İkincisi, müharibəyə hazırlıqdır: separatçıların bütün yolları bağlansa da, Xankəndi-Qeybalı-Xəlfəli yolunda qeydə alınan görüntülər Rusiya sülhməramlılarının müşaiyəti ilə silah daşınması işinin davam etdiyi fikrini yaradır, o cümlədən, separatçı rejimin cinayətkarları əfv etməsi də onlardan canlı qüvvə kimi istifadə edilcəyi gözləntisini ortaya çıxarır.

Lakin müharibə hazırlığından Araik Arutyunyandan daha çox, Samvel Babayan və Ruben Vardanyan danışır. Babayan “yeni ordu” qurmağı tələb edir, Vardanyan isə döyüşə, “müdafiəyə hazır” olduqlarını bəyan edib. Hər iki şəxsin bu cür çıxışı siyasi mübarizədə önə çıxmaq istəyindən irəli gəlsə də, digər informasiyaları və baş verənləri nəzərə alanda ordumuza qarşı təxribat hazırlığının aparıldığı ehtimalını irəli sürmək mümkündür.

Artıq “müdafiə komitəsi” adı ilə qondarma qurum yaratmaq çağırışları var, məqsəd Bakıya reinteqrasiya prosesinin qarşısını almaqdır. Lakin separatçılara “müdafiə olunduqlarını” göstərmək üçün hansısa hərbi toqquşma lazımdır, məhz bu şəraiti yaratmaq məqsədilə ordumuza qarşı təxribat hücumlarının ola biləcəyi istisna edilməməlidir.

Bütün bunların fonunda dünən axşamdan Qarabağda sosial şəbəkələrin bloklanması da müharibəyə hazırlıq haqda şaiyələri gücləndirib. Erməni ekspert Artur Papyan bildirib ki, Qarabağda Feysbuk, İnstaqram və Vatsap qismən bloklanıb:

“Bunu kimin və nə üçün blokladığı bilinmir. Ermənilər VPN proqramlarından istifadə etməyə çalışırlar”.

Xankəndidə həm də, diqqətçəkən qeyri-müəyyən proseslər gedir.


Вернуться назад