Главная > Kriminal > Şantajlar artıb: hamının biabır olmaq riski var - DİQQƏT!
Şantajlar artıb: hamının biabır olmaq riski var - DİQQƏT!19-05-2023, 10:33. Разместил: admin |
Son günlər Azərbaycanda kiberşantajın bir növü olan "sextortion" halları yenidən artıb. Bunu texnobloger Fərid Pərdəşünas qeyd edib. O bildirib ki, "sextortion" ailələrin dağılmasına, insanların in tihar etməsinə səbəb olan təhlükəli hücum növlərindən biridir: "Hücum zamanı türk dilində danışan xanımlar, onlayn danışıqlar təşkil edərək, qarşı tərəfin intim hərəktlər etməsini tələb edir. Bu hərəkətlər isə videogörüntü formasında qeydə alınır, daha sonra şantaja başlanılır. Xüsusilə mövzudan xəbərsiz olan və texnologiya ilə zəif davranış göstərən və təbii ki, hislərinə məğlub olan şəxslər bu hücumun qurbanı olur. Lazım olan məbləğlər hər ay ödənilmədikdə, çəkilən videonuz bir-bir dostlarınıza göndərilir". Vəkil Seymur Səfərov isə bildirib ki, qarşı tərəf bu cür videoların hazırlanmasına şərait yaradan heç bir hərəkət etməsə belə, montaj olunur: "Videoqeyd üçün hər hansı bir hərəkət etmək bəzən tələb olunmur. Adi qaydada videogörüntü ilə danışsanız belə, sonradan montaj edirlər. Bunu edənlər Bolqarıstan və Rumıniyadan idarə olunan şəbəkədir. Belə halla rastlaşanlar dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidir ki, araşdırılsın və qurbanların sayı çoxalmasın. Əvvəllər də bununla bağlı bir sıra effektli tədbirlər görülüb",- deyə o söyləyib Вернуться назад |