Главная > Kriminal > Vardanyan yenidən efirdə: RUSLAR ONA TƏŞKİLAT YARADIR - ZİBİLƏ DÜŞMÜŞÜK...

Vardanyan yenidən efirdə: RUSLAR ONA TƏŞKİLAT YARADIR - ZİBİLƏ DÜŞMÜŞÜK...


18-05-2023, 14:59. Разместил: admin


Kremlin kuklası olaraq tanınan və bir müddət Qarabağda separatçıların ”dövlət naziri” kimi çalışan Ruben Vardanyan bölgədə yeni siyasi hərəkat yaratmağa hazırlaşır.  JAMAZ.İNFO xəbər verir ki, Rusiya vətəndaşı olan milyarder bu gün Xankəndidə həmin hərəkatın adını elan edəcək və onun təsis edildiyini açıqlayacaq.

“Jamanak” qəzetinin yaydığı xəbərə görə, Vardanyanın yaratdığı təşkilat Qarabağın “azad edilməsi” məqsədi ilə hərəkat şəklində olacaq. Onunla birlikdə Qarabağdakı qondarma “parlament”də təmsil olunan 4 “siyasi qüvvə” də hərəkatda təmsil olunacaq.

Bildirək ki, sözügedən şəxs bir müddət əvvəl “Qarabağın Qurtuluş Planı” adlı təkliflər paketi hazırlayıb. Hələ mayın 9-da Xankəndidə keçirilən aksiya zamanı o, bu planı separatçıların rəhbəri Arayik Harutyunyana təqdim edib. Bundan başqa, Vardanyan Arayik və başının dəstəsinə ultimatum da verib. O bildirib ki, əgər həmin planı Harutyunyan həyata keçirməsə, onlar özləri reallaşdırmağa başlayacaqlar.

Qeyd edək ki, Vardanyanın təklifləri sırasında əsas yeri Qarabağda hərbi səfərbərliyin elan edilməsi, Azərbaycana qarşı lokal hərbi əməliyyatlara başlamaq da var. Bunu erməni milyarder inkar belə etmir. O, son müsahibəsində də bildirib ki, Qarabağdakı separatizmi vəziyyətdən çıxarmaq üçün əsas yollardan biri Azərbaycana qarşı silahlı müqavimətin göstərilməsidir.

Bildirək ki, Ruben Vardanyan Rusiyanın bölgəyə göndərdiyi xüsusi adamdır. Bunu rəsmi Bakı da təsdiqləyib. Onun missiyası nəyin bahasına olursa olsun, Qarabağda çaxnaşma yaratmaq, Azərbaycan Ordusuna qarşı partizan və lokal müharibəyə başlamaqdır. Bu təlimat da ona Kremldən verilib. Çünki indiki məqamda istər Qərbə, istər Ermənistana, istərsə də Azərbaycana təzyiq göstərmək üçün Qarabağda münaqişənin bitmədiyini nümayiş etdirmək, habelə bölgəni qeyri-sabit duruma gətirməkdir.


Вернуться назад