Главная > Kriminal > Biləsuvarda partlayışda yaralanan və Lənkəranda zəhərlənənlərin son durumu açıqlandı
Biləsuvarda partlayışda yaralanan və Lənkəranda zəhərlənənlərin son durumu açıqlandı25-04-2023, 10:38. Разместил: admin |
TƏBİB Lənkəranda qida zəhərlənməsi keçirən və Biləsuvarda artlayışda yaralananların son vəziyyətini açıqlayıb. Ötən gün qida zəhərlənməsi səbəbilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 10 nəfərin müalicəsi davam etdirildiyi açıqlanıb. Qeyd olunub ki, müalicə alan şəxslərin vəziyyətləri stabildir. Həmçinin bildirilib ki, Biləsuvar rayonu, Heydər Əliyev prospektindəki yaşayış binasında partlayışda xəsarət alan 2 nəfər (1-i qadın - 2009-cu il təvəllüdlü, 1-i kişi - 2013-cü il təvəllüdlü) TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunublar. Tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən şəxslərin vəziyyətlərinin ağır olduğu məlumatda vurğulanıb. Вернуться назад |