Главная > Kriminal > DTX Naxçıvan Gömrük Komitəsində əməliyyat keçirir

DTX Naxçıvan Gömrük Komitəsində əməliyyat keçirir


23-11-2022, 15:39. Разместил: admin
DTX Naxçıvan Gömrük Komitəsində əməliyyat keçirir


Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində araşdırmalara başlayıblar.

Bakudays.com xəbər verir ki, hazırda NMR Gömrük Komitəsinin bəzi əməkdaşları Komitə binasında saxlanılaraq DTX müstəntiqləri tərəfindən dindirilirlər. Binada axtarışlar aparılır.

Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır.


Вернуться назад