Главная > Kriminal > Azərbaycanda yüksək vəzifəli şəxsin ailəsində FACİƏ — Bir həftədə iki qardaşı vəfat etdi
Azərbaycanda yüksək vəzifəli şəxsin ailəsində FACİƏ — Bir həftədə iki qardaşı vəfat etdi4-07-2020, 14:06. Разместил: admin |
"Azərsu" ASC-nin şöbə rəisinin ailəsində ağır itki üz verib. ASC-nin müraciətlərlə iş şöbəsinin rəisi Heydər Abbasovun 2 qardaşı 1 gündə vəfat edib. Belə ki, H.Abbasovun qardaşları Məhəmmədəli və Əli dünyasını dəyişib. Bu barədə qurumun mətbuat katibi Anar Cəbrayıllı oxu.az-a bildirib ki, hadisə bir həftə ərzində baş verib: “Qurumun müraciətlərlə iş şöbəsinin rəis müavini Heydər Abbasov bir həftə ərzində iki qardaşını itirib. Onlardan biri ürək tutmasından vəfat edib. Ağır itkidir, ailəsinə baş sağlığı veririk. H.Abbasov dəfnlə əlaqədar rayondadır. Mərhumların hər ikisi Şəmkirin Çənlibel kəndində torpağa tapşırılıb”. ( metbuat.az) Вернуться назад |