Главная > Kriminal > Şəmkirdə bacanağını güllələyərək qətlə yetirən şəxs HAKİM QARŞISINDA

Şəmkirdə bacanağını güllələyərək qətlə yetirən şəxs HAKİM QARŞISINDA


27-08-2020, 11:53. Разместил: admin
Şəmkirdə bacanağını güllələyərək qətlə yetirən şəxs HAKİM QARŞISINDA


Şəmkir rayonunda bacanağını odlu silahla qətlə yetirməkdə təqsirləndirilən Etibar Süleymanovun cinayət işi məhkəmə prosesi keçirilib.
"Ölkə.Az" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən hazırlıq prosesində təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirlib.

Məhkəmə baxış iclası sentyabr ayının 7-nə təyin olunub.

Qeyd edək ki, hadisə bu ilin may ayında baş verib.

İttihama görə, Şəmkir rayonu Yeni Həyat kənd sakini, 1977-ci il təvəllüdlü Süleymanov Etibar Binnət oğlu Yuxarı Seyfəli kənd sakini, 1992-ci il təvəllüdlü Hümmətli Elnur Salman oğlunu odlu silahla öldürüb.
Tutularaq istintaqa cəlb edilən E.Süleymanova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.

Məlumata görə, bacanaqlar arasında borc söhbəti olub. Bundan dolayı tərəflər arasında narazılıq yaşanıb.


Вернуться назад