Главная > Kriminal > Türkiyəli məmur külli miqdarda vəsait mənimsəyib Azərbaycana QAÇDI

Türkiyəli məmur külli miqdarda vəsait mənimsəyib Azərbaycana QAÇDI


22-09-2022, 10:56. Разместил: admin
Türkiyəli məmur külli miqdarda vəsait mənimsəyib Azərbaycana QAÇDI


Antalya Ədliyyəsinin 1-ci İcra Müdiri H.Ç külli miqdarda vəsait mənimsəyərək xaricə qaçıb.

Publika.az xəbər verir ki, bu barədə "Haber Türk" məlumat yayıb.

Qeyd olunub ki, H.Ç-nin kassadan və bank hesablarından 13 milyon lirə pul mənimsədiyi müəyyən edilib.

Məsələ H.Ç-nin bir neçə gün işə getmədiyi vaxt üzə çıxıb.

Baş Prokurorluq tərəfindən aparılan istintaq zamanı H.Ç-nin Azərbaycana qaçdığı üzə çıxıb.


Вернуться назад