Главная > Kriminal > Azərbaycanda şirkətdə partlayış: ölən var

Azərbaycanda şirkətdə partlayış: ölən var


21-09-2022, 12:18. Разместил: admin
Azərbaycanda şirkətdə partlayış: ölən var


Abşeronda şirkətdə avtomobilin təkəri partlayıb, ölən var.

Report xəbər verir ki, hadisə sentyabrın 20-si saat 11 radələrində rayonun Aşağı Güzdək qəsəbəsi, Həzi Cavadov küçəsində yerləşən Şinkar Holding MMC-yə məxsus yük avtomobillərin müvəqqəti dayanacağında qeydə alınıb.

Belə ki, 1976-ci il təvəllüdlü Nazim Babaverdi oğlu Abdulxalıqov təkər təmiri işləri aparan zaman ehtiyatsızlıqdan yük avtomobilin təkərində sıxılmış havanın partlaması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.


Вернуться назад