Главная > Kriminal > Bakıda dəhşət: 1 yaşlı övladının yeməyinə zəhər qatıb öldürdü
Bakıda dəhşət: 1 yaşlı övladının yeməyinə zəhər qatıb öldürdü12-09-2022, 11:34. Разместил: admin |
Bakıda qadın 1 yaşlı övladının yeməyinə zəhər qataraq onu qətlə yetirib. Bu barədə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir. Вернуться назад |