Главная > Kriminal > DSX rəisinin müavini: "Terrorçuluğa qarşı mübarizədə 6 nəfər şəxs saxlanılıb"
DSX rəisinin müavini: "Terrorçuluğa qarşı mübarizədə 6 nəfər şəxs saxlanılıb"16-08-2022, 11:14. Разместил: admin |
“Son bir il ərzində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 1 nəfər Azərbaycan vətəndaşı saxlanılıb və 6 nəfər şübhəli şəxs qismində müəyyənləşdirilib”. “Report” xəbərinə görə, bunu Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini general-leytenat Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, terrorçuluğa qarşı mübarizə çərçivəsində 6 nəfər şəxs saxlanılıb: “Qanunsuz müqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 14 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib”. Вернуться назад |