Главная > Kriminal > Bölmə rəisi Bakı-Qazax yolunda qəza törətdi - Ölən var
Bölmə rəisi Bakı-Qazax yolunda qəza törətdi - Ölən var8-08-2022, 10:55. Разместил: admin |
Bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib. Hadisə avqustun 8-də gecə saat 2 radələrində qeydə alınıb. Belə ki, Kür qəsəbə Polis Bölməsinin rəisi Ədalət Sadıqov idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. Hadisə yolun qaranlıq hissəsində - Aşağı Quşçu kəndinin yaxınlığında olub. Qəzada xəsarət alan şəxsə göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib. Araşdırma aparılır. Məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a təsdiqlənib. Вернуться назад |