Главная > Kriminal > Həbs olunan generalın müavini ÖLKƏDƏN GETDİ
Həbs olunan generalın müavini ÖLKƏDƏN GETDİ16-07-2022, 21:43. Разместил: admin |
DTX-nin keçirdiyi əməliyyatdan sonra DGK zabitlərindən biri ölkəni tərk edib. Bakupost.az xəbər verir ki, həmin şəxsin ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla həbs olunan Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulovun müavini Fikrət Ələsgərli olduğu deyilir. Onun hansı səbəbdən ölkə xaricində olduğu barədə məlumat yoxdur. DGK məmurlarının həbs olunduğu bir vaxtda polkovnik Fikrət Ələsgərlinin ölkənin hüdudlarından kənarda olması onun qaçdığı barədə ehtimalların gündəmə gəlməsinə səbəb olub. Məsələ ilə bağlı DGK-nın mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün olmayıb. Komitənin əməkdaşı Novruz Hacıyev F.Ələsgərlinin xaricdə olduğunu təsdiqləyib: “F.Ələsgərli mənim rəisimdir. 15-20 gün əvvəl məzuniyyətə çıxması ilə bağlı raport yazıb. Hazırda xaricdədir. Ölkəni tərk etməsinin son günlərdəki hadisələrlə, Gömrük Komitəsindəki həbslərlə bağlı əlaqəsi yoxdur. Sadəcə olaraq, məzuniyyətə görə xaricə gedib”. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli məmurları həbs olunublar. Onlar xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər cinayətlərdə şübhəli bilinirlər. Həbs olunanlardan DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov barəsində barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Вернуться назад |