Главная > Kriminal > Bakıda qadın müayinəyə getdiyi klinikada intihar etdi
Bakıda qadın müayinəyə getdiyi klinikada intihar etdi4-07-2022, 10:20. Разместил: admin |
Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında intihar baş verib. “Qafqazinfo” xəbər verir ki, iyulun 2-də xəstəxanada müayinəyə gəlmiş 1986-cı il təvəllüdlü Aysel Xəlilova özünü klinikanın 10-cu mərtəbəsindən atıb. O, binanın 4-cü mərtəbəsinin eyvanına çırpılaraq vəfat edib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır. Вернуться назад |