Главная > Kriminal > Gəncədə baş verən ağır qəza polis tərəfindən gizlədilir? - AÇIQLAMA

Gəncədə baş verən ağır qəza polis tərəfindən gizlədilir? - AÇIQLAMA


23-06-2022, 10:19. Разместил: admin
Gəncədə baş verən ağır qəza polis tərəfindən gizlədilir? - AÇIQLAMA


Gəncə şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsini törədən şəxsləri polisin gizlətdiyi iddia edilib.

Bildirilib ki, “Chevrolet Cruze” markalı maşın yolda hərəkətdə olan “Toyota Prius” markalı avtomobili vurub. Hadisə nəticəsində “Prius”un sürücüsü Mollaəyyublu Məcruh Məcid oğlu ağır xəsarət alıb, o, təcili olaraq xəstəxanaya çatdırılıb. 

İddia edilib ki, hadisənin üzərindən bir neçə gün keçməsinə baxmayaraq, qəzanı törədən şəxslər hələ tapılmayıb, xəsarət alan sürücünün izahatını almaq üçün xəstəxanaya heç bir hüquq-mühafizə orqanı əməkdaşı yaxınlaşmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, iyun ayının 20-də səhər saatlarında Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və bir nəfər sürücünün xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat daxil olub:

“Məlumat ilə əlaqədar dərhal polis əməkdaşları hadisə yerinə gələrək həm müvafiq araşdırmalar aparıblar, həm də nəqliyyatın hərəkətini təmin ediblər. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində məlum olub ki, şəhər sakini Sabir Həsənov idarə etdiyi “Chevrolet” markalı avtomobil ilə işıqforun qadağanedici işığında hərəkəti davam etdirərək şəhər sakini Məcruh Mollaəyyublunun idarə etdiyi “Toyota” markalı avtomobili vurub. Hadisə nəticəsində M.Mollaəyyublu xəsarət alıb, S.Həsənov isə hadisə yerindən yayınıb. Hazırda S.Həsənovun yeri müəyyən edilərək istintaqa cəlb edilib”.

O qeyd edib ki, araşdırmaların nəticəsindən sonra məsələyə hüquqi qiymət veriləcək.


Вернуться назад