Главная > Kriminal > Erməni mediasında sensasiya: “Azərbaycan nə pislik edib, biz quldurluq etdik”
Erməni mediasında sensasiya: “Azərbaycan nə pislik edib, biz quldurluq etdik”14-06-2022, 10:59. Разместил: admin |
Ermənistan vətəndaşı ermənilərin Milli Qəhrəman hesab etdiyi Leonid Azqaldiyanın abidəsini murdarlayaraq heykəlin burnunu sındırıb. “Heykəli murdarlayıb, sındıran İrəvan sakini Karen Xaçatryan “Hraparak”ın redaksiyasına gedərək, niyə belə bir addım atdığının səbəbini açıqlayıb: “Bir daha deyirəm, Leonid Azqaldiyanın heykəlini murdarladım və zədələdim. Çünki xalqımız onun və onun kimilərin ucbatından bu günə düşüb. İstər 2020-ci ildə, istərsə də ondan əvvəl, 30 ildə çox şeyləri qurban vermişik…” Xaçatryan daha sonra deyib ki, baş nazir Nikol Paşinyana hörmət edir. O iddia edir ki, bu gün Ermənistanda baş verənlərin, Nikol Paşinyanın günahı yoxdur, günahkarlar 1988-ci ildə Leonid Azqaldiyan başda olmaqla meydana çıxan insanlardır. “90-cı illərdə qonşu dövlətimizə qarşı mənasız quldur hücumu təşkil olundu. 30 ildir onların torpaqlarını işğal etmişik, indi cavabını veririk. Mən ədalətin tərəfdarıyam, ədalətli olanları müdafiə edirəm. Üstəlik, demək istəyirəm ki, erməni millətimiz hələ də o vətənin xaini Azqaldiyanın ucbatından əziyyət çəkir. Biz niyə Azərbaycanın düşməniyik, axı, bizə nə pislik edib? Torpağı işğal etdilər, nə etdilər, qətllər etdilər, bizə nə etdilər? Nəhayət ki, torpaqlarını azad etdilər, bizim torpaqlarımızı işğal edə bilərlərmi? Erməni millətinin satqınları Azərbaycanın torpaqlarını işğal edib, bizi yandırıblar. Onu da qeyd edim ki, itkin düşən fizik Azqaldiyanın heykəlinin burnunu sındırdığım üçün polis idarəsində iki polis əməkdaşı tərəfindən işgəncələrə məruz qaldım. Vazgen Sarkisyan daha bir satqın idi...”, - Xaçatryan qeyd edib. O daha sonra Azərbaycanın istintaq orqanlarına üz tutaraq müraciət edib: “Məsələyə Azərbaycanın istintaq orqanlarının diqqətini cəlb etmək istəyirəm. Bütün şikayətlərimə baxsınlar. Əminəm ki, onlar doğru olanı edəcəklər. Azərbaycanın hüquq-mühafizə orqanlarını Ermənistana dəvət etmək pis olmazdı. Azərbaycan hüquq-mühafizə orqanları ancaq Ermənistanda nizam-intizam yarada, Fransa meydanını o müxalifətdən təmizləyə bilər. Paşinyan ədalətli insandır, onun əməllərində, hər şeydə ədalət görürəm. İnsana doğru işini görməyə icazə verilmir. Hüquq mühafizəçiləri mənim Nikol Paşinyanla bağlı fikirlərimi bölüşmürlər. Mən deyəndə ki, Qarabağ Azərbaycana məxsusdur, dərhal qəzəbləndilər. Ölkəmizin rəhbərinin fikirləri bir çox polislərin xoşuna gəlmir”. Вернуться назад |