Главная > Kriminal > Sinif yoldaşını bıçaqlayan qız məktəbə gəlib - Valideynlər narazılıq edir

Sinif yoldaşını bıçaqlayan qız məktəbə gəlib - Valideynlər narazılıq edir


21-04-2022, 10:29. Разместил: admin
Sinif yoldaşını bıçaqlayan qız məktəbə gəlib - Valideynlər narazılıq edir


Gəncədə iki gün öncə sinif yoldaşını bıçaqlayan qızın yenidən məktəbə gəlməsi valideynlərin narazılığına səbəb olub.

Hazırda valideynlər həmin təhsil ocağına gələrək şagirdin məktəbi tərk etməsini tələb edirlər.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, hadisəyə görə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb: "Həmin məktəbli cinayəti törətməkdə şübhəli şəxs kimi tanınıb. Daha sonra şübhəli şəxs yetkinlik yaşına çatmadığına görə barəsində "Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə" qətimkan tədbiri seçilib və ailəsinə iltizam əsasında təhvil verilib. Hazırda müvafiq araşdırmalar davam etdirilir".

Qeyd edək ki, hadisə iki gün öncə 8 saylı orta məktəbdə baş verib. Tənəffüs fasiləsində 9-cu sinif şagirdi qız özü ilə gətirdiyi bıçaqla sinif yoldaşını boğaz və kürəyindən bıçaqlayaraq qaçıb. Bıçaqlanan məktəbli də qız olub və təcili xəstəxanaya yerləşdirilib. Məktəbdən bildirilmişdi ki, hadisəni törədən şagird tez-tez münaqişə yaratmağa meylli olub. O, bir müddət əvvəl bıçaqladığı sinif yoldaşının paltarlarını da kəsibmiş. 




Вернуться назад