Главная > Kriminal > DİN: Gəncədə 16 yaşlı qızın ana olması ilə bağlı araşdırma başlayıb

DİN: Gəncədə 16 yaşlı qızın ana olması ilə bağlı araşdırma başlayıb


11-04-2022, 13:20. Разместил: admin
DİN: Gəncədə 16 yaşlı qızın ana olması ilə bağlı araşdırma başlayıb


Daxili İşlər Nazirliyi (DİN) Gəncədə 16 yaşlı qızın ana olması faktına münasibət bildirib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, şəhər sakini S.Abbasova (ad-soyad şərtidir) Gəncə şəhər Abbas Səhhət adına Xəstəxanada uşaq dünyaya gətirib.

Araşdırmalar zamanı onun 2020-ci ildə 14 yaşı olanda ailə həyatı qurması məlum olub.


Вернуться назад