Главная > Kriminal > Türkiyədə iğtişaş: 15 polis yaralandı, 298 nəfər saxlanıldı
Türkiyədə iğtişaş: 15 polis yaralandı, 298 nəfər saxlanıldı22-03-2022, 13:33. Разместил: admin |
Türkiyənin Diyarbəkir vilayətinin Bağlar ilçəsində Novruz mərasiminə qatılan qrupla polislər arasında kütləvi qarşıdurma yaşanıb. Axar.az xəbər verir ki, HDP-nin təşkilatçılığı ilə keçirilən kütləvi tədbirdə təhlükəsizliyin təminatı üçün 7 min polis əməkdaşı cəlb edilib. Belə ki, polis qüvvələri yalnız nəzarət-buraxılış məntəqələrindən keçən insanlara tədbirə qoşulmağa icazə verib. Lakin bəzi iştirakçılar polisin qanuni tələbinə məhəl qoymayaraq, təhlükəsizik səddini aşıb və hüquq-mühafizə orqanları əməkdaşlarına müxtəlif sərt predmetlər atmağa başlayıb. Bu zaman 15 polis əməkdaşı yaralanıb. Aparılan araşdırmlar nəticəsində iğtişaşlarda iştirak etmiş 298 nəfər müəyyən edilərək saxlanılıb, barələrində araşdırma başladılıb. Вернуться назад |