Главная > Kriminal > Erməni hərbçisinin "döyüş mövqeyində" meyiti tapıldı
Erməni hərbçisinin "döyüş mövqeyində" meyiti tapıldı17-03-2022, 14:22. Разместил: admin |
Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeyində güllə yarası olan əsgər meyiti tapılıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, martın 16-da saat 21:10 radələrində cənub-şərq istiqamətindəki döyüş mövqelərindən birində 2002-ci il təvəllüdlü sıravi Albert Levonoviç Miroyanın meyiti aşkar edilib. Onun çənəsindən güllə yarası aldığı bəlli olub. İlkin ehtimallara görə, o özünə sui-qəsd edib. Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması istiqamətində araşdırma aparılır. Вернуться назад |