Главная > Kriminal > Müdafiə Nazirliyinin sabiq idarə rəisinin saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Müdafiə Nazirliyinin sabiq idarə rəisinin saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA21-02-2022, 13:28. Разместил: admin |
Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb. Məlumatı Ölkə.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidməti təsdiqləyib. Qeyd edilib ki, Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib. Xatırladaq ki, Məlikməmməd Qurbanov hazırda hərbi xidmətdə deyil. O, 2019-cu ilin avqustunda yaşa görə ehtiyata buraxllıb. Вернуться назад |