Главная > Kriminal > “Sumqayıt hadisələri”nin təşkilatçıları barədə tədbirlər davam etdirilir - RƏSMİ
“Sumqayıt hadisələri”nin təşkilatçıları barədə tədbirlər davam etdirilir - RƏSMİ15-02-2022, 12:41. Разместил: admin |
“34 il bundan qabaq Sumqayıt şəhərində baş verən hadisələrin təşkilatçıları barəsində əməliyyat tədbirləri davam etdirilir”. Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin rəisi Nemət Əvəzov məlumat verib. Onun sözlərinə görə, 1988-ci ildə Sumqayıt şəhərində baş vermiş hadisələrin təşkilatçısı Eduard Qriqoryan və digər şəxslərin barəsində axtarış elan edilib: “Hazırda bu iş üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir. Həmin şəxslərin istintaqa cəlb olunması istiqamətində müvafiq addımlar atılır”. Вернуться назад |