Главная > Kriminal > Baş Prokurorluq: "Arutyunyanın qısa müddətdə istintaqa təqdim edilməsi təmin ediləcək"
Baş Prokurorluq: "Arutyunyanın qısa müddətdə istintaqa təqdim edilməsi təmin ediləcək"15-02-2022, 12:15. Разместил: admin |
“2020-ci ilin 4, 5, 11 və 17 oktyabr tarixlərində Azərbaycan Respublikasının Gəncə şəhərində heç bir hərbi obyekt olmayan mülki şəxslərin yaşadığı ərzilərə terror hücumu təşkil edilib. Özlərini “Artsax” Respbulikası adlandıran qondarma qurum tərəfindən həyata keçirilən bu hcüum nəticəsində 26 mülki vətəndaşımız həlak olub, 175 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib. O bildirib ki, özünü “Artsax”adlandırdıqları qondarma qurumun rəhbəri kimi təqdim edən Araik Arutyunyan hücumun məsuliyyətini öz üzərinə götürdüyünü elan edib: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214, 220 və ayrı-ayrı maddələri ilə A.Arutyunyan barəsində axtarış elan edilib. Barəsində axtarış elan edilmiş şəxs həmin dövrddə sərbəst hərəkət edə bilər. Lakin Həm Azərbaycan, həm də Ermənistan terrorçuluğa qarşı beynəlxalq konvensiyaları ratifikasiya edib. Hesab edirəm ki, özünü qondurma respublikasının rəhbəri kimi təqdim edən Araik Arutyunyanın qısa müddətdə istintaqa təqdim edilməsi təmin ediləcək. İstintaq hərəkətləri davam edir. Qısa müddət ərzində əməliyyat və kəşfiyyat qrurumları tərəfindən onun məhkəmə baxışına çıxarılması təmin ediləcək”. Вернуться назад |