Главная > Kriminal > Nəcməddin Sadıkov xəyanət ittihamından danışdı

Nəcməddin Sadıkov xəyanət ittihamından danışdı


9-02-2022, 13:37. Разместил: admin
Nəcməddin Sadıkov xəyanət ittihamından danışdı


Xəbər verdiyimiz kimi 90-cı illərin Qarabağ Müharibəsi zamanı, daha dəqiq 1993-cü il dekabrın 30-dan 31-nə keçən gecə Ağcabədi istiqamətində keçirilməsi planlaşdırılan, lakin bir gün gecikmə ilə baş tutan və uğursuzluqla nəticələnən “Çeildağ” əməliyyatının detalları üzə çıxıb. Respublika Hərbi Prokurorluğunun sabiq Xüsusilə Mühüm İşlər üzrə böyük müstəntiqi Kamal Əliyev kriminialqafqaz.az-a cinayət işinin istintaqı barədə arayış göndərib.

K.Əliyev sənəddə qeyd edib ki, həmin vaxt Silahlı Qüvvələrin Baş Qərargah rəisi olan Nəcməddin Sadıkovun əmri ilə əməliyyat bir gün təxirə salınıb. Nəticədə 82 azərbaycanlı hərbçi tələyə salınaraq öldürülüb və ya itkin düşüb.

Kamal Əliyev bildirir ki, istintaq zamanı əslində Nəcməddin Sadıkovun yazdığı raportun yalan olduğu üzə çıxıb. Müstəntiq 1994-cü ildə Nəcməddin Sadıkov, Elbrus Orucov, Vasyak Aleksandr Petroviç və digərləri barəsində dövlətə xəyanət və vəzifə səlahiyyətlərini aşma (hazırkı redaksiyada Cinayət Məcəlləsinin 274 və 341-ci maddələr) ittihamını irəli sürüb:

“Baş Qərargah rəisi Nəcməddin Sadıkov və digərləri haqqında şübhəli şəxs qismində tutma protokolları tərtib edib, onların müttəhim kimi cinayət məsuliyyətinə cəlb olunmaları barədə qərar qəbul etdim”.

Müstəntiq K.Əliyev daha sonra bildirib ki, Nəcməddin Sadıkovun həbsinə nail ola bilməsə də, həmin olaylardan sonra Sadıkov Müdafiə Nazirliyinin əməliyyat, kəşfiyyat və XTQ-ə müdaxilədən, həmin strukturlardan informasiya alma imkanlarından məhrum edilib.

Ölkə.az xəbər verir ki, məsələ ilə bağlı Manset.az sabiq Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovdan açıqlama alıb.

O, açıqlamasında yuxarıda qeyd edilən ittihamlarla bağlı bunları deyib:

“Mən hal-hazırda çox məşğulam. Haqqımda yazılanları oxumuşam, xəbərim var. Hazırda bu barədə danışa bilmirəm. Üzr istəyirəm, məni narahat etməyin!”.


Вернуться назад