Главная > Kriminal > DTX-nin həbs etdiyi general-leytenant azadlığa buraxılıb? — RƏSMİ
DTX-nin həbs etdiyi general-leytenant azadlığa buraxılıb? — RƏSMİ10-08-2020, 13:44. Разместил: admin |
Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb. Baş Prokurorluqdan verilən məlumatına görə, bununla bağlı Bakı Hərbi Məhkəməsi qərar çıxarıb. Qeyd edək ki, Ə.Nağıyev və Sahil-Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.(oxu.az) Вернуться назад |