Главная > Kriminal > Səsyazısı yayılan məktəb direktoru ilə bağlı araşdırmalara başlanıldı RƏSMİ/FOTO

Səsyazısı yayılan məktəb direktoru ilə bağlı araşdırmalara başlanıldı RƏSMİ/FOTO


15-12-2021, 13:02. Разместил: admin
Səsyazısı yayılan məktəb direktoru ilə bağlı araşdırmalara başlanıldı RƏSMİ/FOTO


Xəbər verdiyimiz kimi, Bakı şəhərində fəaliyyət göstərən 189-190 №-li tam orta məktəbin direktorunun səsyazısı yayılıb.

Ölkə.Az xəbər verir ki, səsyazısında müəssisənin rəhbəri müəllimlərə toplanmalı olan vəsaitin gecikdiyini xatırladıb və açıq şəkildə təzyiq göstərərək bu işi tezləşdirməyi tapşırıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Ölkə.Az-ın sorğusuna cavab olaraq məsələnin araşdırıldığını deyib:
“Paytaxtdakı 189-190 nömrəli tam orta məktəbin direktorunun səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”, açıqlamada bildirilib.




Вернуться назад