Главная > Kriminal > Bakı məktəbində ara qarışdı: Oğlan şalvarını soyunub əxlaqsızlıq etdi - AÇIQLAMA/YENİLƏNİB
Bakı məktəbində ara qarışdı: Oğlan şalvarını soyunub əxlaqsızlıq etdi - AÇIQLAMA/YENİLƏNİB7-12-2021, 11:16. Разместил: admin |
Paytaxtın Suraxanı rayonu 282 saylı orta məktəbində nizam-intizam qaydalarının kobud şəkildə pozulması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) açıqlama yayıb. Qurumdan Ölkə.az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı 282 nömrəli tam orta məktəbin şagirdi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır: “Qeyd edək ki, təhsil müəssisələrində tədrisin normal təşkili, uşaqların təhlükəsizliyinin təmin olunması, həmçinin müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır. Uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür”. 282 nömrəli tam orta məktəbdən isə Ölkə.az-a verilən məlumatda qeyd olunur ki, məktəbin 7ç sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) sığınacaqdan qəbul edilən və 2 saylı Uşaq Evində məskunlaşmış şagirddir: “Şagird tədris prosesi zamanı özünü çox aqressiv aparır, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edir. O, sinif yoldaşlarına tədris prosesi zamanı müxtəlif xəsarətlər yetirir, nizam-intizam qaydalarına riayət etmir, dərs prosesini pozur. Sinif rəhbəri və müəllimlər şagirdi intizama dəvət etdiyi zaman o, əsəbləşərək müəllimlərə də xəsarət yetirir. Şagirdin anası da psixoloji cəhətdən qüsurludur. Dekabrın 6-sı saat təxminən 10:00 radələrində valideyn əvvəlki vaxtlarda olduğu kimi övladının təhsil aldığı sinfə daxil olub və müəllimi şantaj etmək məqsədilə çəkiliş aparmağa cəhd edib. Məktəb tərəfindən hüquq-mühafizə orqanlarına dərhal məlumat verilib. Məktəb rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq, heç bir nəticə əldə olunmayıb. Belə psixoloji problemi olan şagirdin adi sinifdə təhsil alması olduqca təhlükəlidir. Valideynin də psixoloji problemlərinin olması vəziyyəti daha da gərginləşdirir”. *** Bakının Suraxanı rayonunda orta məktəblərin birində baş verən insident insanların narazılığına səbəb olub. Ölkə.az xəbər verir ki, bu barədə jurnalist Natiq Muxtarlı məlumat verib. Onun sözlərinə görə, 282 saylı məktəbdə sagird sinifdə şalvarını çıxardıb. "O, həmçinin qız uşaqlarını küçə söyüşləri ilə təhqir edib, müəllimələri söyüb, məktəbə bıçaq gətirib, hamını hədələyib. Bu barədə polisə müraciət olunub. Anası məktəbə hücum çəkib, polisi təhqir edib", - Natiq Muxtarlı yazıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Ölkə.az-a açıqlamasında bildirib ki, bu məsələ hazırda polis nəzarətindədir. "Sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir. Rayon polisin rəhbər vəzifəli şəxsləri hazırda məktbədir. Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır", - deyə qurum rəsmisi bildirib. Вернуться назад |