Şəhid polkovnikin adından səhifə açıb pul yığırlar - FOTO
- 27-10-2021, 09:14
- Kriminal
- 0
- 227
Sosial şəbəkələrdə şəhid polkovnik Babək Səmidlinin adından saxta səhifə açılıb.
Bu barədə hərbi bloqer Tofiq Şahmuradov paylaşım edib.
O bildirib ki, səhifə idarəçiləri şəhidlərə ehsan adı altında pul yığırlar:
“Bununla bağlı artıq hüquq-mühafizə orqanlarına şəhidin ailəsi tərəfindən müraciət olunub”.
O, vətəndaşları belə dələduzlara aldanmamağa çağırıb.