Daha bir vəzifəli şəxs həbs edildi - RƏSMİ
- 19-04-2021, 12:50
- Kriminal
- 0
- 209
Vəzifəli şəxsin qanunsuz əməlləri ifşa olunub.
Bu barədə "Ölkə.Az"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
İsmayıllı rayonu Keyvəndi bələdiyyəsinin sədri Dəmirov Akif Balaməmməd oğlunun qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri ilə cinayət işi başlanıb.
Belə ki, keçirilən əməliyyat tədbirləri ilə Akif Dəmirov qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək meşə ərazisində torpağın faydalı üst münbit qatının qanunsuz olaraq daşınmasına köməklik göstərilməsi ilə əlaqədar ona müraciət edən şəxsdən aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda pul vəsaitini alarkən cinayət başında yaxalanıb.
İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Akif Dəmirova 17 aprel 2021-ci il tarixdə CM-in 178.2.3 (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilmiş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.