» » Azərbaycanda yol polislərinə qarşı zor tətbiq edən şəxs tutuldu - RƏSMİ

Azərbaycanda yol polislərinə qarşı zor tətbiq edən şəxs tutuldu - RƏSMİ

Azərbaycanda yol polislərinə qarşı zor tətbiq edən şəxs tutuldu - RƏSMİ


Yanvarın 17-də saat 23 radələrində Goranboy rayonu, Qızılhacılı qəsəbəsi ərazisində  Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy rayon prokurorluğundan "Ölkə.Az"a verilən məlumata görə, araşdırmalarla Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Yol Patrul Xidmətinin inspektorları Aqil Nuriyev və Rəşad Əsədovun xidməti vəzifələrini icra edərkən Qızılhacılı qəsəbə sakini, 1996-cı il təvəllüdlü Vüsal İsgəndərlinin onlara qarşı zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Vüsal İsgəndərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video

    055 215 64 69Girl in a jacket

    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Yanvar 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Qalereya