» » BNA və DYP məsuliyyətsizliyinə görə yazılan cərimələr – VİDEO

BNA və DYP məsuliyyətsizliyinə görə yazılan cərimələr – VİDEO

BNA və DYP məsuliyyətsizliyinə görə yazılan cərimələr – VİDEO


Təsəvvür edin, avtomobillə yol hərəkəti nişanlarına uyğun olaraq hərəkət edirsiniz. Lakin nişanlar arasında ziddiyyətlərin olması sizin cərimələnməniz ilə nəticələnir.

BAKU.TV xəbər verir ki, söhbət Yusif Səfərov və Mehdi Mehdizadə küçələrinin kəsişməsindən gedir. Sürücülər artıq bir neçə gündür ki, əsas prospektdən sağa döndükdə təxminən 50 metr məsafədən sonra giriş qadağandır nişanı ilə üzləşirlər. Belə olan halda ya cərimələnirlər, ya da geri dönüş edərkən qəza vəziyyəti və sıxlığa səbəb olurlar.

Məsələyə münasibət bildirən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun sözlərinə görə, yol hələlik tam təhvil verilməsə də, sürücülər qoyulan nişanların tələbinə riayət etməlidirlər.

“Deməli, Mehdi Mehdizadə küçəsi ilə kəsişən bütün küçələrdən çıxan sürücülər Yusif Səfərov istiqamətində hərəkət etməlidi. Sürücülərdən bu istiqamətdə hərəkət edərkən yol hərəkət qaydalarına diqqət etmələri riayət olunur. Unutmaq olmaz ki, giriş qadağandır nişanının təsir zonasına daxil olmaq 3 cərimə balı və 60 manat cərimədir”.

Problem ondadır ki, sürücülər həmin küçəyə dönməzdən əvvəl yolun birtərəfli olduğunu bilmirlər. Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, əgər yolda hərəkət məhdudiyyəti varsa, qadağa nişanı içəridə yox, küçənin girişində qoyulmalı idi.

“Bu, yaxşı bir proyektdi. Lakin bu, sürücüləri narahat edən tam yekunlaşmamış hər hansı bir hal arzuolunan deyil. Sürücülərə problemlər yaranır və cərimə olunurlar. Əgər hərəkətin təşkili ilə bağlı dəyişiklik varsa, küçənin girişində məlumat nişanı olmalıdır. Əgər hansısa obyektin işçilərinə giriş mümkündürsə, bu barədə həmin işçiləri məlumatlandırmaq olar ki, bu qadağa sizə aid deyil”.

Problemlə bağlı Bakı Nəqliyyat Agentliyindən Baku TV-yə bildirildi ki, hazırda həmin yolda təmir işləri davam edir. Bu səbəbdən yolun birtərəfli olmasına dair nişanlar işlər yekunlaşdıqdan sonra qoyulacaq.

Lakin Baku TV ərazidə çəkiliş apardıqdan bir neçə dəqiqə sonra Mehdi Mehdizadə küçəsinin girişinə qadağanedici nişan qoyulub. Belə olan halda ortaya sual çıxır. Bir neçə müddətdir həmin küçəyə daxil olan zaman sürprizlə qarşılaşan və buna görə yol polisi tərəfindən cərimələnən sürücülərin günahı nədir?

Əgər yolun girişində aidiyyətli qurum tərəfindən müvafiq nişan qoyulmayıbsa, sürücülər haradan bilməlidir ki, bu yola dönmək olmaz? Görünən odur ki, məsul qurumun məsuliyyətsizliyinin nəticəsi bu dəfə də sürücülərin başında partladı.

<embed src='https://player.baku.tv/embed/21465' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen></embed>
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya