» » Ağdaşda narkotik və oğurluq cinayətlərinə görə 23 nəfər saxlanılıb

Ağdaşda narkotik və oğurluq cinayətlərinə görə 23 nəfər saxlanılıb



Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının son bir ay ərzində keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan 21 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, onlardan heroin, marixuana, eləcə də kultivasiya edilərək yetişdirilən çətənə bitkiləri aşkarlanıb. Saxlanılanların bir neçəsi əvvəllər də analoji cinayət törətdikləri üçün məhkum olunublar.

Həyata keçirilən digər tədbir zamanı oğurluq edən rayon sakinləri - əvvəllər məhkum olunmuş İlkin Məmmədov və Anar Osmanov saxlanılıblar. Onların rayon ərazisində xırdabuynuzlu heyvanlar oğurladıqlar məlum olub. A.Osmanov və İ.Məmmədov heyvanları Qəbələ rayonuna apararaq orada satdıqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar aparılır.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya