» » "Əl-üzümü yuyandan sonra özümə gəldim gördüm öldürmüşəm artıq". - Abşerondakı qətlin təfərrüatı

"Əl-üzümü yuyandan sonra özümə gəldim gördüm öldürmüşəm artıq". - Abşerondakı qətlin təfərrüatı

"Əl-üzümü yuyandan sonra özümə gəldim gördüm öldürmüşəm artıq". - Abşerondakı qətlin təfərrüatı


Abşeron rayonunda arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən İlqar Vəliyevin (adlar şərtidir) cinayət işi üzrə təfərrüatlar məlum olub.

Abşeron rayonu ərazisində 1975-ci il təvəllüdlü Səyyarə Vəliyevanın yaşadığı mənzildə çoxsaylı bıçaq xəsarətləri yetirilməklə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla hadisənin zərərçəkmişin əri, 1967-ci il təvəllüdlü İlqar Vəliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

İlqar Vəliyev barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə dindirilmiş İlqar Vəliyev ifadəsində bildirib ki, 1992-ci ildə Səyyarə Vəliyeva ilə ailə həyatı qurub. Nigahdan 2 övladları var. Həyat yoldaşı evdar qadın olub özü isə ərzaq dükanı işlədib. 

2020-ci ilin may ayından arvadının ona xəyanət etməsindən şübhələnib. Hadisədən bir həftə əvvəl evdə alışqan tapıb bunu kimə məxsus olduğunu soruşduqda Səyyarə bilmədiyini söyləyib. Bir dəfə evə daxil olanda siqaret iyi gəldiyini hiss edib. 
Avqustun 14-ü saat 10 radələrində ərzaq alıb evə gələndə arvadının tək olduğunu görüb. Övladları həmin vaxt işdə olublar. 

Səyyarədən evin niyə səliqəsiz olduğunu soruşduqda o, birazdan mənzili yığışdıracağını deyib. Onun cavabı xoşuna gəlməyib eyni zamanda xəyanət barədə şübhələri əsəblərini artırıb. 

"Səhər gəldim evə əynimi dəyişib Səyyarəyə dedim ki, bu ev niyə bu gündədir, niyə yığışdırmırsan? O da aqressiv formada mənə cavab qaytardı. Dedim, qışqıra-qışqıra danışma. Sənin hələ sifətin var, belə cavab da verirsən?"

İlqar Vəliyev ifadəsinin davamında bildirib ki, mətbəxdən bıçağı götürüb yataq otağına qayıdıb. Eyvanın qapısının qarşısında dayanan Səyyarə başa düşüb ki, onu öldürmək istəyir və qışqırmağa başlayıb. Əlindəki bıçaqla ilk zərbəni döş qəfəsinə vurub. Qadın müqavimət göstərməyə cəhd edib, amma sonra yerə yıxılıb. İlqar əyilib xəsarətlər yetirib ki, qadın tez ölsün. Ümumilikdə, qadının bədəninə 15 bıçaq zərbəsi vurub. Sonra hamama keçib əl-üzünü və bıçağı yuyub. Təzə paltarlarını geyinə-geyinə Səyyarəyə baxıb və onun hərəkətsiz olduğunu görüb, öldüyünə tam əmin olub.

"Birinci bıçağı düz sinəsindən vurdum çökdü yerə. Ondan sonra atıldım üstünə başladım bir-iki dənədə vurdum gördüm artıq səsi gəlmir. Birdən elə bilki ayıldım hiss elədim ki, bunu vurmuşam. Əl-üzümü yuyandan sonra özümə gəldim gördüm öldürmüşəm artıq".

Qətli törətdikdən sonra İlqar Vəliyev həyətdə dayanan taksilərin birinə yaxınlaşıb  Xırdalan şəhərində yerləşən parka sürməsini xahiş edib. Yolda olarkən "102" xidmətinə və qardaşı oğluna zəng edərək arvadını öldürdüyünü deyib. Bir müddət sonra polisə gedərək təslim olub.

Məhkəmə iclasında İlqar Vəliyev elan edlimiş itiham üzrə özünü qismən təqsirli bilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edib.

Sonda məhkəmənin hökmü ilə İlqar Vəliyev 14 il müddətinə azadlıqdan məhrum olunub.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya