» » Füzulidə 2 mülki şəxs minaya düşüb, biri ölüb - YENİLƏNİB

Füzulidə 2 mülki şəxs minaya düşüb, biri ölüb - YENİLƏNİB

Füzulidə 2 mülki şəxs minaya düşüb, biri ölüb - YENİLƏNİB


Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri Füzuli rayonunda baş verən mina partlayışı barədə məlumat yayıb.

ANAMA-dan daxil olan məlumatda bildirilib ki, 13 oktyabr tarixində Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

İlkin məlumata əsasən, tank əleyhinə mina partlayışı nəticəsində "QAZel" markalı maşının sürücüsü, 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, "KamAZ" tipli yük maşınının sürücüsü, 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb.

ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır!

***

İşğaldan azad edilmiş ərazilərdə 2 mülki şəxs minaya düşüb.

Onlardan biri hadisə yerində ölüb, digər isə ağır xəsarət alıb.

Hazırda əraziyə hüquq-mühafizə xidmətinin əməkdaşları cəlb edilib, minaya düşən şəxslərin ərazidən çıxarılması istiqamətində işlər görülür.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Sentyabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Qalereya