Arayik ermənilərə müraciət etməyə hazırlaşır - NƏ BAŞ VERİR?
- 1-08-2023, 15:30
- Kriminal
- 0
- 132
Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyan bölgədə yaşayan ermənilərə müraciət etməyə hazırlaşır. JAMAZ.İNFO xəbər verir ki, o, bu barədə dünən yaydığı açıqlamasında bildirib.
Harutyunyan deyib ki, müraciətini Qarabağda qanunsuz fəaliyyət göstərən “itv” kanalı vasitəsi ilə yayınlayacaq. Onun sözlərinə görə, Qarabağda onların mövqeləri getdikcə çətinləşir və müraciəti də məhz vəziyyətdən çıxmaq üçün atacaqları addımlar və digər məsələləri əhatə edəcək. “Bu günlərdə bizim və konkret beynəlxalq aktyorların həyata keçirdiyi bəzi proseslərin aralıq nəticələrini ümumiləşdirərək, bir neçə gündən sonra Qarabağ ictimai televiziyasına eksklüziv müsahibə verməyi planlaşdırıram. Bununla da vəziyyəti, riskləri və perspektivləri mümkün qədər açıq şəkildə təqdim edəcəyəm. Bundan sonra nə etməli olduğumuzu müzakirə etmək və müvafiq qərarlar qəbul etmək üçün bütün fəal siyasi dairələrlə məsləhətləşmələrə başlayacağam”.
Qeyd edək ki, separatçıların son bir ayda çıxardıqları oyunların heç biri işə yaramadı. Xankəndidə keçirilən aksiya, ardından Laçın dəhlizinin önünə yük maşınlarını yığmaq və digər addımların da faydası olmadı. İndi Arayik Harutyunyan başqa bir addım ataraq, vəziyyəti yumuşaltmaq yerinə, həm vaxt qazanmağa, həm də yeni gərginlik ocağı yaratmağa cəhd edəcək. Elə müraciət məsələsi də bununla bağlıdır. Yəni, ermənilərdən xoş nəsə gözləmək yersizdir.