» » Ermənistan İran dronlarından istifadə edir - 5 güclü partlayış

Ermənistan İran dronlarından istifadə edir - 5 güclü partlayış

Ermənistan İran dronlarından istifadə edir -  5 güclü partlayış


Azərbaycan-Ermənistan sərhədində toqquşmalar davam edir. Bu barədə “Caliber” məlumat yayıb.

Məlumatda deyilir ki, Ermənistan tərəfi Azərbaycan Ordusunun mövqelərinə kamikadze pilotsuz uçuş aparatlarından fəal şəkildə istifadə edir.

"İndiyədək 5 güclü partlayışın qeydə alındığı bildirilir. Daha genişmiqyaslı zərbələrin olacağı gözlənilir. İlkin məlumatlara əsasən, söhbət İran istehsalı olan dronlarından gedir", - "Caliber" yazıb.

Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb ki, mayın 10-da Ermənistan ordusu Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Müslüm Vidadi oğlu Mahmudlu başından ağır yaralanıb.

Mayın 11-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti eyni istiqamətdə daha da gərginləşdiriblər.

Ermənistan Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.

Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya