Bakı-Ələt yolunda aşan avtobusun sürücüsü danışdı - VİDEO
- 31-10-2022, 10:16
- Kriminal
- 0
- 140
Xəbər verdiyimizi kimi, dünən Bakı-Ələt yolunda 164 saylı avtobusun aşması nəticəsində 23 nəfər xəsarət alıb.
"Avtobusu idarə edən şəxs ''Xəzər Xəbər''ə hadisə yerində olanları danışıb.
Sürücü Razim Məmmədov iddia edir ki, hadisəyə səbəb piyadaların qəfil onun qarşısına çıxması olub.
Yol kənarına sürüşən avtobus aşıb və nəticədə 23 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xoşbəxtlikdən hadisə zamanı ölüm qeydə alınmayıb.
Xəsarət alan 23 nəfərin 18-i dünən evə buraxılıb. 5 nəfərin isə müalicəsi davam etdirilir. 164 saylı marşurut xəttinin müvəqqəti aid olduğu daşıyıcı şirkətin rəsmisi bildirir ki, qəzada xəsarət alanların zərərlərini sığorta şirkəti qarşılayacaq.
Yaralıların vəziyyətinə gəldikdə isə TƏBİB-in şöbə müdiri Zamirə Ədilova bildirib ki, qurumun tabeliyindəki tibb müəssisələrində 5 nəfərin müalicəsinə davam edilir.
Qeyd edək ki,hadisə Baki-Qazax yolunun 26-cı km-də qeydə alınıb.
<embed width="640" height="360" src="https://player.olke.az?v=11561&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>