» » "Lotu Quli" nin yerinə namizədlər açıqlandı. Bazarları yenidən bölüşdürməyə hazırlaşırlar — FOTO

"Lotu Quli" nin yerinə namizədlər açıqlandı. Bazarları yenidən bölüşdürməyə hazırlaşırlar — FOTO

"Lotu Quli" nin yerinə namizədlər açıqlandı. Bazarları yenidən bölüşdürməyə hazırlaşırlar — FOTO


"Lotu Quli" ləqəbli 47 yaşlı Nadir Səlifov Sverdlovsk bölgəsində oğruların gücündə dəyişiklik etməyə hazırlaşırdı.
"Ölkə.Az" xəbər verir ki, bu barədə URA.RU-ya hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib.

Mənbənin sözlərinə görə, 90-cı illərdə olduğu kimi cinayət müharibəsi olmayacaq amma əlbəttə dəyişikliklər olacaq. Rövşən Lənkəranskinin ölümündən sonra kriminal aləm Qulinin nəzarətinə keçdi və ona xərac verməyə başladı. İndi yeni bir sahibi gözləyirlər.

Hazırda üç nüfuzlu oğru Qulinin yeri uğrunda yarışır. Əvvəlcə bu, qətlə yetirilən "Ded Xasan" ləqəbli Aslan Usoyanın qardaşı oğlu Gia Sverdlovski ləqəbli 47 yaşlı Georgi Akoyevdir. İkinci iddiaçı, hal-hazırda Ukraynada yaşayan "Avto" ləqəbli 65 yaşlı Avtandil Kobeshavidzedir. Üçüncü iddiaçı isə "Əhməd Şalinski" ləqəbli 39 yaşlı Əhməd Dombayev hesab olunur.

Qeyd edək ki, 20 avqust saat 02 radələrində qanuni oğru "Lotu Quli" Türkiyənin Antalya şəhərinin Serik bölgəsində yerləşən otellərin birində qətlə yetirilib. Qətli “Xan Bakinski” qələbli Xaqan Dəyanət oğlu Zeynalov həyata keçirib.

"Avto" (Avtandil Kobeshavidze)



"Əhməd Şalinski"  (Əhməd Dombayev)



"Gia Sverdlovski"(Georgi Akoyev )


  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Sentyabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Qalereya