Главная > İqtisadiyyat > Azərbaycan və Pakistan arasında gömrük tarifləri azaldıla bilər - Saziş imzalanacaq
Azərbaycan və Pakistan arasında gömrük tarifləri azaldıla bilər - Saziş imzalanacaq23-11-2021, 10:36. Разместил: admin |
Azərbaycan və Pakistan gömrük tariflərinin azaldılması ilə iki ölkə arasında ticarəti artırmağa imkan verəcək preferensial ticarət sazişi üzərində işləyir. Report xəbər verir, bunu Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bildirib. O, həmçinin deyib ki, Pakistan şirkətlərinin, o cümlədən əczaçılıq müəssisələrinin Azərbaycanda istehsalla məşğul olmaq üçün geniş imkanlar mövcuddur: "Yerli investorları Bakı limanı yaxınlığındakı Ələt Azad İqtisadi Zonasında birgə müəssisə yaratmaq imkanlarını araşdırmalarını təklif edirəm". Вернуться назад |