Главная > İqtisadiyyat > Azərbaycanda bu avtomobillər 20%-ə yaxın ucuzlaşacaq

Azərbaycanda bu avtomobillər 20%-ə yaxın ucuzlaşacaq


22-11-2021, 10:58. Разместил: admin
Azərbaycanda bu avtomobillər 20%-ə yaxın ucuzlaşacaq


Gələn ildən “Vergi Məcəlləsinə” ediləcək dəyişikliklərdən biri də istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının növbəti 3 ildə Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsidir.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, dəyişikliklərə əsasən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı da ƏDV-dən azad ediləcək. Eyni zamanda, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı da 3 il müddətinə sözügedən vergidən azad olunur:

"Gözlənilir ki, sözügedən dəyişikliklərdən sonra istehsal ili köhnə olmayan hibrid avtomobillərin qiymətində azalamlar olacaq. Belə ki, ƏDV-dən azad olma onların xərcinin orta hesabla 18% azalmasına səbəb olacaq. Hazırda Yaponiya istehsalı olan hibrid avtomobillərdən daha çox istifadə olunduğunu nəzərə alsaq, həmin maşınların qiymətlərində azalmaların olacağı qaçılmazdır. Söhbət təbii ki, son 3 ildə istehsal olunan avtomobillərdən gedir".

Millət vəkilinin sözlərinə görə, digər tərəfdən, son dəyişikliklərin qəbul olunması hibrid avtomobillərə də tələbin artmasına gətirib çıxaracaq.

"Elektrik mühərrikli avtomobillərin vergidən azad olunması da müsbət haldır. Bu, ölkəmizdə həmin avtomobillərdən istifadəyə marağı artıra bilər", - deyə V. Bayramov əlavə edib.


Вернуться назад