Главная > İqtisadiyyat > Avropada qazın qiyməti bahalaşıb
Avropada qazın qiyməti bahalaşıb3-11-2021, 09:00. Разместил: admin |
Avropada qazın qiyməti 1000 kubmetr üçün 850 ABŞ dollarını keçib. "Hollandiyanın TTF qovşağında dekabr fyuçerslərinin qiyməti günün sonuna kimi 1000 kubmetr üçün 852 ABŞ dollarına yüksəlib. Gün ərzində ümumi qiymət artımı təxminən 8,5% təşkil edib. Qeyd edək ki, ticarət sessiyasının əvvəlində qazın qiyməti 750 ABŞ dolları olub. Bundan sonra “Qazprom”un 2022-ci ilin birinci və ikinci rübündə Ukrayna və Polşa ərazisindən qaz nəqli üçün əlavə mənbələrin sifarişindən imtina etməsi xəbəri ilə qiymət yenidən qalxmağa başlayıb. Вернуться назад |