Главная > İqtisadiyyat > Avtomobil nömrələri ilə bağlı yeni rüsumlar müəyyənləşdi
Avtomobil nömrələri ilə bağlı yeni rüsumlar müəyyənləşdi1-11-2021, 12:11. Разместил: admin |
Avtomobillərin dövlət qeydiyyat nişanlarında əks olunmuş rəqəmlərlə bağlı dövlət rüsumları müəyyənləşib. "Report" məlumata görə, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təklif olunur. Dəyişikliklə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2000, seriyası eyni hərflərdən ibarət olduqda 3000 manat; 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1500, seriyası eyni hərflərdən ibarət olduqda 2000; 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1000, seriyası eyni hərflərdən ibarət olduqda 1500 manat dövlət rüsumu tutulacaq. Вернуться назад |