Главная > İqtisadiyyat > Mobil cihazlara görə dövlət rüsumunun dərəcələri müəyyən edildi
Mobil cihazlara görə dövlət rüsumunun dərəcələri müəyyən edildi1-11-2021, 11:49. Разместил: admin |
Azərbaycanda mobil cihazlara görə dövlət rüsumunun dərəcələri müəyyənləşib. Report verdiyi məlumata görə, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təklif olunur. Dəyişikliklə bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda - 30 manat; Bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda - 50 manat; Bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda - 60 manat; Bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda - 70 manat; Bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda - 100 manat; Bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda - 150 manat dövlət rüsumu tutulacaq. Qeyd edək ki, yuxarıdakı dövlət rüsumları qanunun 33-5.1.1-ci maddəsində nəzərdə tutulan cihazlara tətbiq olunmayacaq. Вернуться назад |