Главная > İqtisadiyyat > Zəngilanda “Ağıllı Kənd”in tikintisi üçün ayrılan vəsait açıqlandı
Zəngilanda “Ağıllı Kənd”in tikintisi üçün ayrılan vəsait açıqlandı9-09-2021, 15:00. Разместил: admin |
2020-ci ilin ilk altı ayında dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə 372,1 milyon manatının maliyyələşdirilməsi təmin edilib. Maliyyə Nazirliyi xəbər verir ki, bu vəsaitdən avtomobil yollarının layihələndirilməsi, tikintisinə, yenidən qurulmasına, həmçinin dəmir yolu xəttinin layihələndirilməsi və tikintisinə və digər kommunikasiya xətlərinin yenidən qurulması, layihələndirilməsi yönəldilib. Eyni zamanda Zəngilan rayonunun İkinci Ağalı kənd ərazisində “Ağıllı Kənd”in layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə 10,8 milyon manat vəsait yönəldilib. Вернуться назад |