Главная > İqtisadiyyat > Mərkəzi Bank dollar satışına məhdudiyyət qoyub? - RƏY
Mərkəzi Bank dollar satışına məhdudiyyət qoyub? - RƏY9-07-2021, 12:04. Разместил: admin |
"Dollar satışında limit məsələsi yenidən gündəmə gəlib. Bununla bağlı son vaxtlar müxtəlif təbəqələrdən çoxlu müraciətlər olur, narazılıqlar bildirilir. Banklar qeyri-rəsmi söhbətlərdə Mərkəzi Bankın göstərişinin olduğunu bildirsələr də, Mərkəzi Bank bu fikirləri təsdiqləmir və bankların özfəaliyyəti olduğunu iddia edir. Reallıq odur ki, dollar alışına limit var və bəzi istisnalarla 20 min manatdan çox dollar almaq mümkünsüzdür". "Bunu iqtisadçı ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, limit göstərişinin Mərkəzi Bankdan gəlməsi şübhə doğurmur: "Əks halda problem qısa müddətdə aradan qaldırılardı. Əgər bu addım bankların öz təşəbbüsüdürsə, bu halda "bazar sövdələşməsi" baş verir və banklara qarşı cəza tədbirəri görülməlidir. Əgər heç bir tədbir görülmürsə və proses olduğu kimi davam edirsə, deməli, göstəriş bir mərkəzdən gəlib". "Mərkəzi Bankın belə göstəriş verməsindən boyun qaçırması anlaşılmazdır. Hamıya məlumdur ki, manatın məzənnəsi inzibati qaydada tənzimlənir və məzənnənin qorunması indiki dövrdə sosial baxımdan əhalini qoruyur. Yəni mövcud məzənnə qısamüddətli olsa da, hamıya sərf edir və məzənnəni qorumaq üçün hökumət Mərkəzi Bankın timsalında məhdudlaşdırıcı tədbirlərə əl atır. 20 min manatlıq limit də həmin məhdudlaşdırıcı tədbirlədən biridir. Qarşıda 2 yolumuz var: ya məzənnəni buraxmalıyıq və bunun zərərini qəbul etməliyik. Zərbə isə həm biznesə, həm əhaliyə, həm də ümumilikdə ölkə iqtisadiyyatına dəyəcək. Ya da məzənnəni qoruyuruq və bunun üçün məhdudiyyətləri anlaşıqlı qarşılamalıyıq. İndiki halda ikinci yolu seçmişik və fikrimcə, bu, indiki dövr üçün optimal yoldur. Məhz buna görə də, Mərkəzi Bank açıqca bəyan edərək banklara belə göstəriş verdiyini bildirməlidir. Məsuliyyətin bankların üstünə atılması düzgün addım deyil", -deyə ekspert əlavə edib. Вернуться назад |