Главная > İqtisadiyyat > Prezident Qəbələdə yol tikintisinə 5 milyon manat ayırdı - SƏRƏNCAM
Prezident Qəbələdə yol tikintisinə 5 milyon manat ayırdı - SƏRƏNCAM17-05-2021, 12:38. Разместил: admin |
Prezident İlham Əliyev "Qəbələ rayonunun Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. "Sərəncamla yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılıb. Вернуться назад |