Главная > İqtisadiyyat > Azərbaycan ərzaq məhsullarını xaricdən neçəyə alır? - SİYAHI

Azərbaycan ərzaq məhsullarını xaricdən neçəyə alır? - SİYAHI


21-04-2021, 10:05. Разместил: admin
Azərbaycan ərzaq məhsullarını xaricdən neçəyə alır? - SİYAHI


2021-ci ilin birinci rübü üzrə Azərbaycan ərzaq və yeyinti məhsullarının idxal həcmini artırıb.

Ölkə.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, ilin əvvəlindən ölkəmiz xaricdən 454 milyon 987,1 min dollar dəyərində yeyinti məhsulları alıb.

Ötən ilin rəqəmləri ilə müqayisədə bu, 27,3 faiz daha çoxdur. İlin yanvar-mart ayları ərzindən Azərbaycanın ən çox idxal etdiyi ərzaq və yeyinti məhsulları aşağıdakılardır:

Ət - 8,8 min tona yaxın (14,9 milyon dollar dəyərində) idxal baş tutub. Bu məhsulun ötən ilin eyni dövrü ilə müqayisədə idxal həcmi 20,2 faiz, idxal dəyəri isə 26,1 faiz azalıb.

Süd - 1,9 min tona yaxın (2,8 milyon dollar dəyərində) idxal həyata keçirilib. İllik müqayisədə idxal həcmi 8,6 faiz, idxal dəyəri isə 17,3 faiz azalıb.

Kərə yağı və süddən hazırlanmış digər yağlar - 4,2 min tona yaxın (20,1 milyon dollar dəyərində) idxal baş tutub. 2020-ci ilin eyni dövrü ilə müqayisədə idxal həcmi 5,1 faiz, idxal dəyəri 1,7 faiz artıb.

Meyvə-tərəvəz - 132,2 min tona yaxın (72,5 milyon dollar dəyərində) idxal həyata keçirilib. İllik müqayisədə idxal həcmi 7,8 faiz, idxal dəyəri isə 6,2 faiz çox olub.

Çay - 3,2 min ton həcmində (12,7 milyon dollar dəyərində) məhsul tədarük edilib. Ötən ilə nisbətən idxal həcmi 5,2 faiz, idxal dəyəri 0,3 faiz azalıb.

Bitki və heyvan mənşəli piy və yağlar - 48 min tona yaxın (62,8 milyon dollar dəyərində) idxal həyata keçirilib. İllik müqayisədə idxal həcmi 40,3 faiz, idxal dəyəri isə iki dəfəyə qədər artıb.

Digər yeyinti məhsulları: 

Buğda - 187,9 min ton həcmində (47,7 milyon dollar dəyərində) tədarük baş tutub. Ötən illə müqayisədə idxal həcmi 13,6 faiz, idxal dəyəri isə 32 faizə qədər artıb.

Düyü - 15,6 min ton həcmində (10,7 milyon dollar dəyərində). İllik müqayisədə idxal həcmi səkkiz faizə qədər, idxal dəyəri isə 17 faiz artıb.

Əsas idxal məhsulları sırasına bu il aşağıdakı yeyinti məhsulları da daxil edilib: 

Arpa - 11,2 min ton həcmində və 2,3 milyon dollar dəyərində.

Qarğıdalı - 18,4 min ton həcmində və 5,4 milyon dollar dəyərində.


Вернуться назад